Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi törəninə Güney Azərbaycan türkünü qətliam edən Pəhləvinin oğlunun dəvət edilməsinə etrazımızı bildiririk

Amerikanın Vaşinqton şəhərində Azərbaycan Səfirliyinin təşkil etdiyi Cümhuriyyətimizin 100 illiyi münasibətinə keçirilən mərasimdə üzüntülü səhnəyə şahid olduq. Azərbaycan Türklərini qətliam edib, qan udduran Pəhləvi sülaləsinin qalıntısı Rza Pəhləvinin heç bir siyasi fiqur ya məsul olmamasına rəğmən Azərbaycan Cümhuriyyəti tərəfindən rəsmi qonaq olaraq, dəvət olunmasını Bütün Güney Azərbaycan Türkünə təhqir, minlərlə şəhidimizin qanına sayğısızlıq və Güney Azərbaycana arxa çevrimək kimi görünməkdədir. Daha üzüntülüsü burdadır ki, bu ürək acidan hadisə heç də təsadüfi deyil və hətta Azərbaycanın İradəsindən xaric kimi görünür. Pəhləvinin siyasi Alternativ göstərməyə çalışan odaqlara, Güney Azərbaycan Türkü ilə alay etməyi buraxıb və məsələlərə daha da real baxmağa çağırırq .Çünki, Güney Azərbaycan Türkünün iradəsini görməməzlikdən gələn hər hansi bir projə və alternativ kəsinliklə Güney Azərbaycan Türkünün şilləsi ilə qarşılaşıb, yeniligiyə uğrayacaqdır.
Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) Rza Pəhləvinin Azərbaycan Cümhuriyyəti mərasiminə dəvətinə şiddətlə etirazını bildirib, Azərbaycan Cümhuriyyətimizin yetgililərindən açıqlama gözləməkdədir. Bununla yanaşı bildirmək isteyirik ki, Güney Azərbaycan Türkü İran işğalına qarşı qurtuluş savaşını israrla davam edib, müstəqil Güney Azərbaycan Cümhuriyyətini quracaqdır. GAİB elan edir ki, İran adı və tərkibində heç bir dövlət heç bir ad və mahiyyətlə qəbul edilməz və Güney Azərbaycan türkləri olaraq, bütün gücümüzlə ona qarşı savaşıb, məğlub edəcəyik.
Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB)

Your email will not be published. Name and Email fields are required