Babək Qalası Qurultaylarının İl Dönümü ilə Bağlı Güney Azərbaycan Siyasi Quruluşlarının Ortaq Bəyanatı

Azərbaycan Türk Milləti tarixdə heç vaxt işğal, sömürgə və əsarətdə yaşamağa boyun əyməyibdir. Azərbaycan Türk Milləti tarixdə hər zaman azad və bağımsız yaşayıbdır; azadlığını itirdiyi zaman isə mütləq azadlığına qovuşmaq üçün amansız mübarizə aparıbdır.
Azərbaycan Türk Millətinin işğal və sömürgəyə qarşı mücadilə verməsinin bəlkə də ən böyük simgə və siması Babəkdir. Böyük sərkərdə Babək Azərbaycanın yıxılmazlıq, yenilməzlik və vətən üçün ölümünə mübarizənin ən böyük abidəsidir. Ulu Babək 23 il ardıcıl qəhrəmanlıq və sarsılmaz iradə ilə vətənimiz Azərbaycanın bağımsızlığı uğrunda işğalçılara qarşı döyüşüb, millətimizin yad tapdağı altına düşməməsi üçün savaşıb və hər şeydən qiymətli olan canını da bu yolda qurban vermişdir.
Məhz ona görə də bu gün belə ulu Babək Güney Azərbaycanda milli özgürlük mücadiləsinin bir rəmzi və timsalı halına gəlmişdir. Onun bu davranışı özündən sonraki quşaqlar üçün xususiylə bizim bugünkü gənc nəslimiz üçün bir örnək və yol göstəricidir. Millətimiz işğal və sömürgəyə qarşı mübarizəsində Babək adını və simasını özünə simgə və bayraq etmişdir. İllər öncə Babək Qalasına toplanıb milli qurultay quran yüz minlərlə Azərbaycan Türkü Babək adıyla faşizm, şovenizm, irqçilik, istibdad, sömürgə və işğala qarşı üsyan səsini qaldırmışdır.
Babək Qalası qurultayları Güney Azərbaycanda milli mücadilənin bir dönüm nöqtəsi olmuşdur. Babək Qalası qurultayları ilə milli mücadiləmiz kütləviləşmiş və toplumun ən dərin layələrinə enmişdir. İrqçi və geriçi İran dövləti millətimizin üsyan səsindən qorxuya düşüb Babək Qalası qurultaylarını əsgəri güclə basdırsa da artıq ox yaydan çıxmış və millətimizin tarixinə altın bir səhifə daha yazmışdır. Babək Qalası Qurultayları bir milli zəfər kimi Azərbaycan Türk Millətinin tarixində səbt olmuşdur.
Babək Qalası Qurultayları yasaqlansa da, bu qurultaylarla kütləviləşən Azərbaycan Milli Hərəkəti şəhər mərkəzlərimizə daşınmış daha güclü və daha yayğın bir mücadiləyə çevrilmişdir.
Şübhəsiz ki ulu Babək və Babək Qalası Qurultaylarının ruhu Güney Azərbaycanda yaşayır və bugünkü mübarizə iradəmizi bəsləyir. Bu mücadilə ruhunun Güney Azərbaycanın qurtuluşu və özgürlüyünün tam anlamı ilə əldə edilməsinə qədər çağlayan bir volkan kimi qaynayıb daşacağına kimsənin şübhəsi olmamalıdır.
Bu vəsilə ilə Ulu Babəkin doğum günü və Bəbək Qalası Qurultaylarının il dönümünü Azərbaycan Türk Millətinə təbrik deyib tam qurtuluş və özgürlüyümüzü əldə edənə qədər mübarizəmizi davam edəcəyimizə andımızı yeniləyirik.

Güney Azərbaycan İstiqlaçılar Birliyi Azərbaycan              siyasi Quruluşlarının Əməkdaşlıq Platformu

  • GADTB                                                                             – AZOH
  • GAİP                                                                                 – Dirəniş
  • Milli Yol                                                                              – GADP
  • VMAC
    29.06.2019

Your email will not be published. Name and Email fields are required