Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibətilə bildirişi

Yaşasın 28 May Azərbaycan Cümhuriyyətinin yaranmasının 101 illiyi

Hər bir millətin tarixində qürurverici günlər olur. Lakin bəzi hadisələr vardır ki, həm o millətin gələcəyində böyük izlər buraxır, həm də başqa millətlərə müsbət və yönverici örnəyə çevrilir.

Şübhəsiz 1918-ci il may ayının 28-də Azərbaycan Cümhuriyyətinin yaranması və istiqlaliyyətin elan olunması belə bir tarixi günlərdən biridir. Şərq və özəlliklə müsəlman ölkələri arasında ilk demokratik cümhüriyyətin yaranması və modern düşüncə və köklü dəyişikliklər, o cümlədən:

İlk parlamenətli dövlətin yaranılması, ilk demokratik, hüquqa dayalı laik dövlətin qurulması, ilk dəfə qadınlara seçim hüququ tanımaq və qadın-kişi bərabərliyini təmin edən cümhüriyyət, azad seçkilər və… Şərq dünyasındakı irticai baxışlara meydan oxuyan və azadlıqsevər insanlara örnək olan bir hadsə idi.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyytlərini birləşdirən yeni bir dövlət və cəmiyyət nümunəsi olmuşdur.

23 ay qısa bir zamanda, həyata keçirilən tədbirlərlə bənzəri görünməmiş köklü dəyişikliklərə imza atan dövlət! özəlliklə müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənlşdirilməsi baxımından mühüm addımlar atmışdır. Çoxlu ölkələrdə irqçilik və ayrımcılıq varkən yeni dövlətin etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması və bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan olması, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi dostları sevindirərkən təbii olaraq istismarçılar və onların maşalarını tədbir görməyə və yeni cümhüriyyətin nailiyyətlərinin yayqınlaşmasının qarşısını almağa yönləndirdi.

Azərbaycan demokratik cümhuriyyəti ağır ictimai-siyasi şəraitdə 23 ay yaşadı. İki yaşını doldurmadan xarici dövlətlərin yaşıl işığı ilə hücuma məruz qalıb və müvəqqəti olaraq devrilib. Yenidən rus ordusu tərəfindən işğal olunsa da, istiqlal ideyası yenilməyib, Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yükəslən bayraq bir daha enməz” şüarında öz əksini tapıb və nəhayt 1991-ci ildə rus irqçiliyinin yaratdığı sözdə birliyin dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Bu gün Güney Azərbaycanımızdakı qurtuluş mücadiləsi 28 May və 21 Azər Milli Hökumətin təcrübələrindən dərs çıxardaraq hərəkət edib, bağımsızlıq və bütövləşmə yolunda heç bir əngəl tanımadan millətin iradə və gücünə dayanaraq addım-addım istiqlaliyyət məfkurəsinin yayqınlaşması ilə bağımsız dövlətçiliyə yaxlaşırıq. Şanlı bayrağımızın isə başkəndimiz Təbrizdə dalğalandırılması hər zamandan daha yaxın görünür.

Şübhəsiz rejimin son zamanlarında saxta alternativ və caydırıcı gündəmlərlə hərəkəti öz müqəddəs yolundan caydıranlar olacaq. Lakin millətimiz bütün bu oyunların və pərdə arxasında kimlərin olduğunu və niyyətlərini bildiyi üçün son qazanc şübhəsiz qəhrəman Azərbaycan türk millətinin olacaq.

Yaşasın 28 May cümhuriyyət bayramımız!

Yaşasın Güney Azərbaycan qurtuluş mücadiləsi!

Your email will not be published. Name and Email fields are required