Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Babək Qalası Qurultayı həbsləri ilə bağlı bildirişi

Azərbaycanın qeyrətli və mübariz milləti!
İllik Babək Qalası Qurultayı və Azərbaycanın müqavimət simvolu olan mərasimə qatılmaq niyyətində olan azərbaycanlı fəalların yaxalanması bir daha rejimin və onun çeşid-çeşid üzdəniraq müxalifətinin nə dərəcədə rasist və şovinist olduğunu göstərdi. Bu məsələ bir daha sübut etdi ki, bizim aramızdakı ixtilaf barışla ortadan qalxa bilən ixtilaf deyildir. Çünki bu ixtilaf onların istilaçı və irqçi düşüncələri ilə birbaşa bağlı olduğu üçün, bizim istəyimiz onların bu düşüncələrini rədd etməkdir.
Bizim milli istəklərimizi rejimin irtica və rasist qanadlarının xəstə təsəvvürlərinin arxivində və ya beynəlxalq alverdə, eləcə də dünya güclərinə nökərçilik və keçmiş cinayətkarlarla anlaşmada və totaritarizmdə axtaranlar yaxın gələcəkdə düşünülməmiş bu işlərinə və yanlış təhlillərinə cavab verməli olacaqlar.
Azərbaycanlı fəalların geniş miqyasda həbsi bir daha göstərdi ki, Güney Azərbaycanın yeganə qurtuluş yolu müstəqillik istiqamətində birləşməsi və öz müstəqilliyi uğrunda çalışan qeyri-fars millətlərin partiya və təşkilatları ilə əməkdaşlığındadır.
Zülm altında olan millətlərin birliyi, həmrəyliyi və qəhrəmancasına müqaviməti ilə işğalçı rejim və onun qəddar qüvvələrinin həmişəlik vətənimizi tərk edəcəyi an çox da uzaqda deyildir.
Güney Azərbaycanın milli-mədəni fəalları qeyd-şərtsiz azadlığa buraxılmasa bu rejim və onun himayədarlarına baha başa gələcək.
Yaşasın Güney Azərbaycanın azadlıq mübarizəsi!
Yaşasın rasizm zindanlarında müqavimət göstərən Güney Azərbaycanın igid oğulları!

Your email will not be published. Name and Email fields are required