Güney Azərbaycan təşkilatlarının Güney Azərbaycan Milli Hərəkatının ortaq bayraq iddiası barədə ortaq bəyanatı

Həqiqəti olmayan bir iddia!
Hörmətli vətəndaşlar!
Tir ayının birində (22 iyun) Əhməd Obalı bəyin televiziyasında (GünazTV-də)
yayınlanan bir proqramda Çehrəqanı bəy, Nəimi bəy və Obalı bəy iştirak edirdilər.
Onların iddiasına görə Azərbaycan Milli Hərəkatında iştirak edən bütün təşkilatların
və şəxsiyyətlərin razılığı ilə, keçmişdə GAMUH-un çıxardığı bayraq milli
hərəkatımızın ümumi bayrağı simvolu olaraq, qəbul edilir.
Belə bir iddia tamamilə yalnış və qeyri-demokratikdir. Demokratik Qərb ölkələrində
yaşayan bir şəxsin, xüsusilə vətənimizin bu həsas günlərində belə bir mövzunu ortaya
atması da çox düşündürücüdür. Bu proqramda iştirak edən bəylərin iddialarının
əksinə, aşağıdakı adları çəkilən təşkilatlar, milli hərəkatımızda belə özbaşınalıqları
qınayır və indidən demokratik üsullara sadiq qalınmasını tövsiyə edir.
Dərin hörmətlərimizlə:
1. Güney Azərbaycan Demokratik Türk Birliyi
2. Vahid müstəqil Azərbaycan Cəbhəsi
3. Güney Azərbaycan istiqlal partiyası
4. Güney Azərbaycan Qurtuş Partiyası
5. Güney Azərbaycan Sosial Demokrat Partiyası
6. Güney Azərbaycan Milli Yol Təşkilatı
7. Günəş Partiyası (Mənuçehr Əzizi)
8. Azərbaycan Kültür Ocağı Strasburq (Fransa)
9. Azərbaycan Kültür Ocağı Köln (Almaniya)
10.Güney Azərbaycan İnsan Haqqları Mərkəzi

Your email will not be published. Name and Email fields are required