Güney Azərbaycanda futbol yarışının etiraza çevrilməsi ilə bağlı bildirişi

 

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Güney Azərbaycanda futbol yarışının etiraza çevrilməsi ilə bağlı bildirişi

Traxtur milli hərəkatın varlığının simvolu və göstərgəsidir. Təbii olaraq öz fəaliyyətlərini yaşadığı müstəmləkə həyatının şərtlərinə uyğun seçməkdə və irəli aparmaqdadır. Milli hərəkatın varlığı irqçı müstəmləkəçi rejimə və xaricdə oturan İran müxalifətinə və hətta bəzi özümüzdən olan özgələr üçün də bir problemə çevrilmişdir. Bu hərəkatın içinə girmək və onu içindən parçalamaq rejimin ana hədəflərindən sayılır. Lakin son hadisələr bunu göstərir ki, bu hərəkatı irəli aparan qüvvələr bunun bilincində olub, rejimin oyunlarını puça çıxarmağı bacarırlar. Hətta mübarizənin ikinci və üçüncü mərhələlərinə də hazırlıqları vardır. Bütün müstəmləkəçilərin xüsusiyyətlərindən biri müstəmləkəsində olan millətin özünə olan güvən və inancını əlindən almaqdır. Bu Tehrandakı irqçı rejim üçün də keçərlidir. Təbiidir ki, bir futbol yarışını qazanmaq, qazanan millətdə özünə güvən və inamı artıra bilər. Bu səbəbdəndir ki, rejim illərdir çeşidli oyunbazlıqlarla bunun qarşısını almağa və millətimizə uduzma hissini (uduzan bir millət olma) aşılamağa çalışır. Çünki, bir millət özünə güvənib, özünə inanırsa, bütün dünya orduları onun qarşısında diz çökməyə məhkumdur. Azərbaycan milli hərəkatı bu yolda addımlayır və gücünü təkcə öz millətindən alır. Millətimiz istiqlalçılıq şüarı ilə küçə və xiyabanlara axışıb, rejimin ışğalçı və cinayətkar qüvvələrilə üzـüzə durub savaşmağa hazır olduğunu da əməldə göstərmişdir . Bu milli hərəkatımız üçün bir başarıdır.

Zəfər bizimdir və bizimki olacaqdır. Bunu da vurğulamamız yerinə düşər ki, milli hərəkat o səviyyəyə çatmışdır ki, öz etirazlarını milli istəklərlə dilə gətirib və icazə vermiyəcəkdir ki, keçmişdə olduğu kimi, millətimizin rejimin irqçı və işğalçı siyasətinə qarşı etirazlarını müsadirə etsinlər.

Yaşasın Azərbaycan Milli Hərəkatı
Məhv olsun irqçı müstəmləkəçi Tehran rejimi

Your email will not be published. Name and Email fields are required