İran Adlanan yerdə Referendum oyunu barədə Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyinin bildirişi

İran işğalçı rejimi içdən çürümüş və onun köçüşü üçün geri sayım başlanmışdır. Çöküşdə olan rejimin əliqanlı başçıları xalqların intiqamından yaxa qurtarmaq məqsədilə son nəfəslərində yalançı referendum şuarları ilə millətlərin radikallaşmasını əngəlləmək, mücadilənin istiqamətini dəyişmək, ictimai rəyi məşğul etmək, zaman qazanmaq və beləliklə, hakimiyyətə davam etdirmək niyyətindədirlər.
Təbii olaraq İran mərkəzli partiya və qurumlardan ibarət müxalifət də İranın dağılmasını əngəlləmək amacı ilə rejimlə eyni istqamətdə referenduma çağırış edərək, bir tərəfdən fars olmayan millətlərin davasını örtbasdır edib, başqa yanadan özlərini demokratik göstərərək, legitimlik qazanmağa çalışırlar. Bununla yanaşı bəzi sadə insanlar da Ruhaninin ortaya atdığı bu oyuna inanaraq, sankı gerçəkdən də referendum keçiriləcək deyə rejimin qurduğu oyuna alət olub, duzağa düşmüşlər.
Şubhəsiz ki, bu bərbəzəkli və gözəl görünən şuarlara önəm verməyən Güney Azərbaycan türkü istiqlal davasında qərarlıdır. Güney Azərbaycan türkü İran işğalçı rejimini qorumaq amacı ilə ortaya atılmış yalançı referendum şuarına aldanmadan öz qurtuluş savaşına davam edib, İran işğalını dəf edərək, çağdaş Güney Azərbaycan Cümhuriyyətini kəsinliklə quracaqdır.
Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyi bildirir ki, təkcə Güney Azərbaycanın istiqlalı üçün referendum keçirilərsə bəlli şərtlərlə qəbul oluna bilər. İran işğalçı rejiminin qondarma referendumu deyil, bəlkə Birləşmış Millətlər tərəfində tam demokratik ortamda 6 ay azad təbliğat sonucu, Güney Azərbaycan türkü istiqlal referendumuna gedib istiqlalını elan edər.
Rədd olsun İran işğalçı rejimi
Var olsun müstəqil Güney Azərbaycan
Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyi

Your email will not be published. Name and Email fields are required