Referendum hiyləsi ilə rejimi qorumaq istəyən irançılara aldanma

Güney Azərbaycanın istiqlaçı təşkilatlarından Azərbaycan türk millətinə çağırış: Referendum hiyləsi ilə rejimi qorumaq istəyən irançılara aldanma

İranın işğalçı və irqçı rejimi, öz hakimiyyətinin zəif və ən ağır dövrünü yaşamaqda, eləcə də son nəfəslərini çəkməkdədir. Qeyri-fars millətlərin qurtuluş mübarizəsi bu işğalçı rejimi çıxılmaz vəziyyətə salan əsas amildir. Bununla yanaşı ekonomik (iqtisadi) böhran sıravı vətəndaşların belini sındırmaqdadır. Eyni zamanda beynəlxalq basqı və təzyiqlər artmaqdadır. Bütün bu amillər rejimin içində ciddi ixtilafların yaranmasına səbəb olmaqdadır. Cinayətkar və müstəmləkəçi rejim bu problemləri çözməyə, həll etməyə qadir deyildir. Başqa sözlə desək, bunlar işğalçi rejimin kəsin yenilməsinin xəbərçisidir. Bu böhrandan qurtuluş imkanı olmadığını dərk edən İran işğalçı rejimi əl–ayağını itirimiş halda son kartlarını bir-bir oynamaqdadır. Həm hakimiyyət, həm sözdə müxalifət tərəfindən hər hansı radikal və ya inqilabi dəyişim sonucunda İran adlanan yerin parçalanacağı davamlı vurğulanıb, üzərində durulmaqdadır. Hətta bu partlayışın qabağını almaq üçün hakimiyyət və müxalifət birgə hərəkət etməkdədir. Buna görə də son vaxtlarda qeyri-fars millətlərə aid istiqlalçı təşkilatları hədəf almışlar, İran mərkəzli hərəkətlərin önünü açıb, xüsusilə Güney Azərbaycan milli hərəkatını, İran mərkəzli hərəkətə çevirmək üçün referendum şüarını ortaya atırlar. Başqa sözlə desək, referendumla İran işğalçı rejiminin devrilməsini əngəlləyərək, sistemi qorumaq, yumuşaq dəyişikliklərlə, İranin dağılmasının qarşısını almaq istəyirlər. Onlar mövcud işğalı davam etdirmək üçün, çeşidli oyunlar oynayırlar. Rejimin çöküşü yaxınlaşdıqca referendum sözü daha çox gündəmdə olacaq. Öz içimizdən olan ad və ünvan düşgünlərini də öz yanlarına alıb, istiqlalçılara qarşı yararlanacaqlar.

Güney Azərbaycanın istiqlaçı təşkilatları Azərbaycan Türkünü bu fitnəkarlığa qarşı tədbirli olmağa, düşmənlərin ortaya atdığı bu yalanlara aldanmadan, öz qurtuluş savaşını davam etdirməyə çağırırıq. Biz istiqlalçılar İran adlanan rejimi bu və ya hər hası bir ad və mahiyyətdə olsa belə, qebul etmirik və etməyəcəyik. Bizim üçün yeganə alternativ yol Güney Azərbaycan müstəqil dövlətinin qurulmasıdır. Bu səbəbdən bütün istqlalçılara və milli qüvvələrə müraciət edib, iş birliyinə çağırırıq.

Rədd olsun irqçi və işğalçı fars
Yaşasın müstəqil Güney Azərbaycan
نوشته ها

Referendum hiyləsi ilə rejimi qorumaq istəyən irançılara aldanma
Güney Azərbaycan İstiqlalçılar Birliyinin Heyran gədiyini Azərbaycandan qoparmaq cəhdi barədə bildirişi
Güney Azərbaycan İstiqlalçılar Birliyinin Yenigün – bahar bayramı münasbəti ilə millətimizə təbrik mesajı
Güney Azərbaycan İstiqlalçılar Birliyinin erməni, cilo və kürdlərin Güney Azərbaycanda törətdiyi soyqırımla bağlı bildirişi
Qəhrəman Azərbaycan , Qadınları !
İran Adlanan yerdə Referendum oyunu barədə Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyinin bildirişi
Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyinin Xocalı soyqırımı ilə bağlı bildirişi

Social Media da Parlaşin
Facebook

Your email will not be published. Name and Email fields are required