Vəzifəlilərin sazı ilə oynamamalıyıq

Hörmətli vətəndaşlar!

Gün keçdikcə vətənimiz Azərbaycanda xüsusilə İran deyilən yerdə iqtisadi, siyasi və ictimai çətinliklərin və böhranın artması, bir ictimai partlayışın ortaya çıxma ehtimalını artırmaqdadır. Hər bir vətəndaş bunu hiss edir və hadisələrin baş verəcəyini gözləyir. Belə bir tarixi və həlledici anda Azərbaycanımızın milli qüvələri həmin gün üçün hazırlıq işləri aparmaları, şəhərlərin çeşidli məntəqələrinin və bəlli dövlət dairələrinin talanmasının qarşısını almaq, şəraitə görə hansı mübarizə formalarının uyğulanmasını düşünüb planlaşdırmalıdır. Buna görə də aramızda olan bütün səliqə və fikir fərqiliklərini bir yana qoyub, bir yumuruq kimi birləşməli, yalnız Azərbaycanımızın qurtuluşu ana hədəf olmalıdır. Biz İranlı olmadığımız üçün İran deyilən yer üçün və orda hökumət dəyişməsi üçün yox, yalnız və yalnız, Azərbaycanımızın müstqilliyi və müstəmirədən, işğaldan qurtulması üçün savaşırıq. Müstəqil Azərbaycanımızda da fərdi, qrup şəklində diktatorluq qurmaq istəmirik. Əksinə çeşidli fikirlərə malik olan, çox firqəli hüquqi bir dövlət yaratmaq istəyirik. Bu çeşidliliyi bu gün mübarizəmizdə də öyrənəməliyik. Bir-birimizə, fikirlərimizə hörmətlə yanaşmalıyıq. Bir-birinə töhmət atmaq, sübutsuz söz danışmaq bir millətçiyə yaraşan iş deyildir. Bəlli xarici qüvvələrin və fars irqçilərinin maddi imkanları ilə himayə edilən şəxslərin bugünkü vəzifələri milli şəxsiyətlərimizi ləkələmək, milli qüvvələri parçalamaq, tanınmamışları düşmənə tanıtdırmaq, milli qüvvələrin başını boş şeylərlə qatmaqdır. Sübutsuz, əsassiz töhmət vurmaq bu başlatdıqları xəyanətə xidmət üçündür. Ancaq bu özünü azərbaycanlı bilən, milli hərəkətə mənsub olub azərbaycançı məfkurəsi daşıyan birinə yaraşan bir iş deyildir. Çünki, bu iş yadların, millətimizin düşmənlərinin dəyirmanına su tökməkdir. Bu məqsədli dedi-qodular, şayiələr, töhmətlər qarşıdan gələn günlər üçün düşünməyə mane olmaqdır. Əsas məsələni buraxıb, insanları kənar məsələlərlə məşğul etməkdir. Buna görə də milli qüvvələr belə təbliğatların felinə uymamalı, vətənimizin azadlığı üçün bir-birləri ilə çiyinـçiyinə savaşıb, əməkdaşlıq etməlidirlər.

Biz istiqlalçılar insanlarımızın fikir və düşüncələrinə hörmət qoyub, sədaqətli milli şəxs və qurumlarımızla millətimizin azadlığı, vətənimizin işğaldan qurtulması üçün əməkdaşlığa hazırıq.

Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB)

Your email will not be published. Name and Email fields are required